​“Vaxtı gələndə lazım olan ediləcək” – Ərdoğan Trampın məktubu haqda

Baxış sayı:
7677

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın məktubu barəsində açıqlama verib: "Əlbəttə, bizlər bunu unutmadıq. Unutmağımız doğru deyil. Vaxtı, saatı gələndə lazım olanın ediləcəyinin də bilnməsini istəyirik". Müxalifet.az milliyet.com-a istinadən bildirir ki, Dolmabağça sarayındakı ofisində əcnəbi media təmsilçiləri ilə görüşündə bu açıqlamaları verib. R.T.Ərdoğan, "Menbiçdən İraq sərhədinə qədər olan 444 km uzunluğunda, 30-35 km enində içəriyə doğru təhlükəsiz zonaya bir ilə iki milyon arası Suriya qaçqınının geri qayıtmasını planlayırıq. 140 kənd, 10 qəsəbə inşa etmək üçün layihələrimiz var”, - deyib. “Bilindiyi kimi, Menbiç, Ayn-əl-Ərəb, Kamışlı tərəfdə təhlükəsiz bölgəmiz Rusiya və Əsəd rejiminin qüvvələri ilə toqquşur. Əlavə olaraq İdlibdə narahatçılıqlar var. Terrorçu PKK/YPG Menbiçdə Əsəd hökuməti görüntüsü altında hələ varlığını davam etdirir. Eyni vəziyyət Ayn əl-Ərəb və Qamışlıda da var. Tel Rıfat terrorçulardan təmizlənməyib. Tək şərtimiz terrorçuların buralardan təmizlənməsidir və bu mövzunu önümüzdəki planlaşdırılan görüşdə V.Putinlə müzakirə edib, tərəfləri qane edən məticələri əldə etməyə çalışacağam”, - prezident bildirib. Ərdoğan bir daha xatırladıb ki, YPG İŞİD-çilərin saxlandığı həbsxanaları dağıdaraq 750-yə yaxın İŞİD-çini sərbəst buraxıb: “Bunların içində 150-yə yaxın türk var. 500-ə qədər Fransa, Hollandiya, Almaniya kimi başqa ölkələrdən olanlar var. 150 türk İŞİD-çini biz mühakimə edəcəyik, qalanlarını da onlar etsin. Artıq 195 nəfəri tutulub. İnidyə qədər Tel Abyad və Rasulayn şəhərlərinin də olduğu 360 kv. km. ərazini nəzarətə aldıq.4 əsgərimiz və 74 ASO əsgəri şəhid oldu. Ayrıca bizim yaşayış məntəqələrimizə edilən hücumlar nəticəsində 20 dinc vətəndaşımızı itirdik və bu itirdiklərimiz üçün heç bir Qərb ölkəsi lideri bizi axtarıb üzüntüsünü bildirmədi, amma terrorçuları qorumaq məqsədiylə əməliyyatı dayandırmağımızı istəyən çox oldu. Bu ikiüzlülüyün tarixə "qara ləkə" olaraq düşməsini istəyirəm”. Muxalifet.az