​Ukraynalı qadın "Bakı Marafonu 2019"-un qalibi oldu

Baxış sayı:
2341

"Bakı Marafonu 2019"-un qadın kateqoriyası üzrə qalibi müəyyənləşib.
 
Muxalifet.az Trend-ə istinadən bildirir ki, ukraynalı Valentina Poltavska finişə birinci çatıb.
 
Şotlandiyalı Suzanne Motanti ikinci, azərbaycanlı Anna Yusupova isə üçüncü olublar.
 
Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu 2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.
 
Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.