Tanınmış televiziya aparıcısı həbs edildi - NARKOTİK İTTİHAMI / FOTO

Baxış sayı:
109

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. 

Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.

Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.

Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.