Türk aviasiyası İraqı vurdu: 9 ÖLÜ
22-06-2018 10:41
Baxış sayı:
4012

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk və Kani Raş bölgələrinə aviazərbələr endirib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Hücum zamanı terrorçulara məxsus silah, sığınacaq və sursat anbarı dağıdılıb, 9 terrorçu zərərsizləşdirilib.