Tramp arvadının adını səhv yazdı, xəbər tutunca...
20-05-2018 09:18
Baxış sayı:
2965

ABŞ Prezidenti Donald Tramp paylaşdığı statusda xanımının adını səhv yazıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, "Hill" əməliyyatdan sonra evə qayıdan Melaniya Tramp haqda yazdığı statusda Donald Trampın ciddi səhvə yol verdiyini və xanımının adını "Melani" kimi qeyd etdiyini bildirib. "Bizim füsunkar birinci ledinin Ağ Evə qayıtması çox gözəldir. Melani özünü çox yaxşı hiss edir. Dualarınıza və dəstəyinizə görə çox sağ olun", - Tramp Tvitterdə yazıb. Az sonra Tramp bu paylaşımını silib və xanımının adının düz yazıldığı status paylaşıb. Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı, ölkənin birinci xanımı Melaniya Tramp böyrəyindən əməliyyat olunmuşdu.