Supermodel, dietoloq, yazıçı, nənə... - İlon Maskın anası Mey Maskın həyatı!

Baxış sayı:
50968

Təbii ki, övladına dəstək verməyən, onun əlindən tutmayan ana yoxdur. Ancaq sözügedən övlad dünyanın ən zəngin insanı olanda anası da hər bir hərəkəti ilə diqqət çəkir. Odur ki, illərdir karyerası ilə öz adından söz etdirən və “Oğlum məşhurlaşmamışdan əvvəl mən məşhur idim” deyən Mey Maskı tanıyaq.

Təbii ki, söhbət dünyanın ən zəngin adamı İlon Maskın anası Mey Maskdan gedir.

50 yaşlı İlon Mask az adamın təsəvvür edə biləcəyi gücə malikdir. Ancaq deyəsən, o, anasının gözündə böyüyə bilməyən uşaqlardandır. Belə ki, Mey Mask mediada tez-tez gündəmə gəlir və ictimaiyyətdə maraq doğurur. Məhz buna görə sizin üçün Mey Maskın hərtərəfli portretini hazırladıq...

Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

Əvvəlcə onu deyək ki, Mey Mask son zamanlar oğlu ilə bağlı mövzularda gündəm olsa da, əslində kifayət qədər tanınmış bir şəxsdir. Çünki Mask “dünyanın ən zəngin adamının anası” olmamışdan əvvəl çox uğurlu modellik karyerası keçirmişdi. “Vogue”-dan “Time”-a qədər bir çox jurnalın üz qabığında poza verən, 2014-cü ildə Beyonsun "Haunted" mahnısının klipində iştirak edən və kosmetikadan dietik səhər yeməyinə qədər bir çox markanın siması olan Mask, “New York Times”-a müsahibəsində deyib: “2016-cı ildə "İlon məşhur olana qədər məşhur idim"”.

Əslində Mask ailəsində hər kəsin öz sahəsində kifayət qədər tanındığını deyə bilərik. Mey Maskın soyadını daşıdığı İrrol Mask keçmişdə Zambiyada zümrüd mədənini idarə edən bir sahibkar və mühəndisdir. Bu yaxınlarda 44 milyard dollar xərcləyib “Twitter”-i satın alan İlon Maskın fəaliyyətindən danışmağa ehtiyac yoxdur. İlonun qardaşı Kimbal Mask qida biznesində fəaliyyət göstərən “The Kitchen Restaurant Group”, “Big Green” qeyri-kommersiya təşkilatı və şəhər kənd təsərrüfatı ilə məşğul olan “Square Roots”-un yaradıcısıdır(Unutmayın ki, İlon və Kimbal öz ilk müəssisələri olan “Zip2”-ni birlikdə qurublar). Onların bacısı Toska Mask mükafata layiq görülmüş Kino və televiziya rejissoru və prodüseri, “Passionflix” adlı video yayım platformasının yaradıcısı və baş direktorudur.

Mey Mask 2020-ci ildə “İnsider”-ə verdiyi müsahibədə övladlarının karyerası haqqında danışıb: “Onlar öz istəklərinin arxasınca getdilər, hamısı müxtəlif istiqamətlərə çalışırlar”.

 Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

Soldan sağa Mey, Tosca, Kimbal və həyat yoldaşı Christiana Wyly Mask “Passionflix” premyerasında

GÖZƏLLİK KRALİÇASI…

Kanada əsilli Cənubi Afrikalı Mey Mask 15 yaşından modelliklə məşğul olub. 1969-cu ildə "Miss Cənubi Afrika" gözəllik müsabiqəsində finala çıxan Mask, həyatının çox çətin olduğunu və son vaxtlara qədər ona gələn bütün iş təklifləri qəbul etmək üçün kifayət qədər çalışdığını dəfələrlə dilə gətirib.

Üç övladını tək ana kimi böyüdən Mask, həm də iki magistr dərəcəsi qazanıb və modellikdən başqa dietoloq və diyetisyen kimi çalışıb.

2019-cu ilin sonunda nəşr etdirdiyi "Qadın bir plan qurarsa: ömür boyu davam edəcək macəra, gözəllik və müvəffəqiyyət üçün tövsiyyələr" adlı kitabında söylədiklərinə görə, orta məktəbdə birlikdə oxuyan Mey ilə İrrol 1970-ci ildə evləniblər. Yuxarıda dediyimiz kimi, İrrol Mask həmin illərdə mühəndis işləyib.

Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

Mey Maskın kitabının ingiliscə versiyası 100-dən çox ölkədə satışa çıxarılıb. Kitab, türk dili də daxil olmaqla, 25 dilə tərcümə olunub. Mask bu xəbəri “Twitter” hesabında açıqlayıb.

Mey Mask 2019-cu ildə “Harper's Bazaar” jurnalına verdiyi müsahibədə evliliklərinin qısa müddətdə pozulduğunu və münasibətlərində müxtəlif şiddət hadisələrinin yaşandığını bildirib. İrrol Mask isə daha əvvəl “Rolling Stone”-da dərc olunmuş yazısında evinə girdiyi üçün güllələdiyi və öldürdüyü 3 nəfərdən başqa həyatında heç kimə qəsdən zərər vermədiyini bildirib.

2020-ci ildə “İnsider”-ə açıqladığı kimi, Mey Mask İlona hələ bal ayında olarkən hamilə qalıb. Bununla belə, İlon (və onun digər bacıları) atalarından ayrı böyüyüblər. İlon Mask hətta “Rolling Stone”-a atasını "dəhşətli bir insan" kimi təsvir edib.

Mey və İrrol Maskın evliliyi təxminən 10 il davam edib. Mey Mask daha əvvəl ayrılmaq istədiyini bildirmişdi, lakin Boşanma Aktı Cənubi Afrikada 1979-cu ilə qədər qüvvəyə minməmişdi. Qanunun tətbiqindən bir neçə ay sonra cütlük boşanıb.

KANADA İLLƏRİ

1989-cu ildə Mey Mask uşaqları ilə birlikdə Yohannesburqdan Kanadaya köçüb. 2018-ci ildə CNBC-yə verdiyi müsahibədə o, ailəsini dolandırmaq üçün eyni anda beş fərqli işdə işləməli olduğunu deyib.

O, Toronto Universitetində elmi işçi kimi çalışdığı müddətdə övladlarının təhsil haqqı ödəmədən orada təhsil ala bildiyini deyib. Mask həftədə iki dəfə modelləşdirmə və qidalanma dərsləri də öyrədirdi. Eyni zamanda, o, dietoloq kimi işləyir və rəsmi olaraq dietoloq olmaq üçün təhsil alırdı.

Onlar Torontoda kiçik kirayə mənzildə yaşayırdılar. Mənzil çox köhnə idi, üstəlik, buraya köçəndə onların lazımi mebelləri yox idi.

Mey Mask 2015-ci ildə “İnsider”-ə açıqlamasında mənzilin vəziyyətini belə təsvir edib: "İlk maaşımı alanda ilk etdiyimiz iş döşəmələri ucuz xalça ilə örtmək oldu. Çünki divanımız, stulumuz və ya başqa bir şeyimiz yox idi. İkinci aldığımız şey İlonun kompüteri idi. O, döşəmədə oturub kompüterində işləyirdi".

Mey Mask o illər haqqında söhbətlərinin birində bazar günləri yeyiləcək ənənəvi əti belə ala bilmədiklərini deyib. Ət almağa imkanlarının olmadığını bilən xeyirxah qəssabxana sahibi ona hər ay böyük bir tikə ət verirmiş. Mask, “O, hər ay mənə böyük bir tikə ət gətirir və deyirdi ki, övladlarınız yesin. O əti dördə bölüb, birlikdə yeyərdik", - deyib.

“UŞAQLARIMA KÖMƏK ETMƏMİŞƏM”

Mey Mask bu müddət ərzində övladlarının da işləməli olduğunu bildirib. Onun qızı Toska oxuyub və yaxınlıqdakı bahalı bazarda işləyib. İlon isə hələ kollecə başlamazdan əvvəl “Microsoft”-da işə düzəlib. Bu işi tapmaq anasının iş yoldaşlarından birinin həyat yoldaşının əməyi nəticəsində mümkün olub. İlon və Kimbal daha sonra analarının dostunun dəstəyi ilə yenidən bankda işləməyə başlayıblar. Bununla belə, Mey Mask övladlarının bu günə gəlməsinə təsir etdiyini inkar edir.

İlon Maskın o illərdəki maraq dairəsi kitablar, kompüter proqramlaşdırması və investisiya olub. Anasının dediyinə görə, o, hələ 14 yaşında birja ilə maraqlanmağa başlayıb və Mey Mask oğluna onu həyəcanlandıran səhmlərə investisiya qoymaq üçün 1000 Cənubi Afrika Randı verib.

TELEFON QİYMƏTİ ÇOX YÜKSƏK OLANDA...

“Mənim heç bir təsirim yoxdur” desə də, Mey Mask İlon və Kimbala qurduqları “Zip2”-ni təqdim etmə prosesində böyük dəstək verib. “Zip2” media şirkətləri və e-ticarət müştəriləri üçün biznes təlimatları və xəritələr təqdim edən proqram şirkəti idi. Mey Mask isə o zaman Torontoda dietoloq idi və ilk kitabını - "Feel Fantastic"i nəşr etməyə hazırlaşırdı. Mask öz biznesi üzərində işləyərkən həm də oğullarını ilk işlərinə başlamaq üçün motivasiya etməyə çalışırdı.

Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

O zaman İlon Silikon Vadisinə köçmüşdü. Kimbal isə davamlı olaraq qardaşına zəng vurduğundan, telefon hesabı “şişmişdi”. Onun sözlərinə görə, bu tendensiyaya mane olan onların anası olub: "Kimbal davamlı olaraq gecələr İlona zəng etmək üçün ofisimə gəlirdi, telefonla işdən danışırdılar. Telefon hesabım ayda 800 dollara qalxanda, mən Kimbala dedim ki, işi tərk edib İlona qoşulsun”.

Mey Mask hələ də Torontoda yaşayır, lakin oğullarını ziyarət etmək üçün hər altı həftədən bir Silikon Vadisinə gedir. Şirkətin biznes planından tutmuş təcrübəçilərin idarə edilməsinə, hətta çap və ofis xərclərinə qədər hər şeyi öz üzərinə götürən Mask, həmçinin İlon və Kimbalın yemək, geyim, mebel ehtiyacları ilə də maraqlanır.

“BİR DAHA ÖDƏMƏYƏCƏYƏM”

1996-cı ildə Mey Mask oğullarına saxladığı 10.000 dolları verib ki, İlon və Kimbal “Zip2”-nin ofis kirayəsini və digər xərcləri ödəsinlər.

Bunu "həyatının ən yaxşı sərmayəsi" kimi xarakterizə edən Mask deyir ki, bir dəfə Kimballa gecə saat 2-yə qədər surətçıxarma maşınının yanında dayanıb və “Zip2”-yə rəngli printerlərdə investor təqdimatlarını çap etməyə və sarmağa kömək edib.

Maye Mask 2015-ci ildə demişdi: "Həmin gecə həm çox yorğun, həm də həyəcanlı idik. Sonra Palo Alto-nun ən yaxşı restoranına getdik və övladlarıma dedim: "Artıq birlikdə nahar etmək üçün kredit kartımdan istifadə etməyəcəyik…. Həqiqətən də, bu, düşündüyüm kimi oldu".

“Zip2” 1997-1998-ci illərdə sürətlə yüksəlməyə başlayanda həm İlon, həm də Kimbal idarə heyətinin iclaslarını sərtləşdirməyə qərar verirlər. Mey Mask dietoloq və modellik karyerasını davam etdirərkən, hər həftə direktorlar şurasının üzvü kimi bu görüşlərə qatılır.

O günlər haqqında Mask, "Hər cümə gecəsi maşın icarəyə götürüb yola çıxırdım. Şənbə günü səhər saat 8.30-da San-Fransisko, San Xose və ya Sakramentodakı univermaqlardakı moda nümayişlərinə gedirdim, sonra da həftəlik görüşlərimiz üçün “Zip2” ofisinə."

HƏDİYYƏ ALMADILAR, AMMA SÖZ VERDİLER

Nəhayət, Mey Mask uşaqları və şirkətlə yaxın olmaq üçün San-Fransiskoya, iki il yarım burada yaşadıqdan sonra 1999-cu ildə Nyu-Yorka köçüb.

Mask San-Fransiskoda olarkən qızı Toska da “Zip2”-də işləməyə başlayır. Üç övları analarına 50 illik yubileyləri üçün böyük hədiyyə almaq istəsələr də, imkanı olmur, amma alacaqlarına söz verirlər: "Onlar mənə oyuncaq ev və kibrit qutusu böyüklüyündə oyuncaq maşın verdilər və dedilər ki, bir gün sənin üçün bunların gerçəyini alacağıq".

Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

Bu hadisədən az sonra “Zip2” kompüter istehsalçısı “Compaq”-a təxminən 300 milyon dollara satılır. İndi Mask ailəsi analarına verdikləri sözü tuta bilərdilər…

Mey Mask 30 il əvvəl olduğu kiimi, oğullarını dəstəkləməyə davam edir. Xüsusilə sosial mediada İlona toz qondurmur. Məsələn, tez-tez Bayden administrasiyanı “Tesla”nın elektrik avtomobillərinin yayılmasındakı roluna məhəl qoymadığına görə sərt şəkildə tənqid edir.

Mey Mask 2015-ci ildə verdiyi açıqlamada "Kaş ki, dünya oğlumun nə qədər yaxşı niyyətli olduğunu başa düşə bilsəydi" deyib və belə davam edib:

"İlonun niyyəti bu planeti daha yaxşı bir yerə çevirmək üçün fizika və mühəndislikdə mümkün olan hər şeyi etməkdir. İnsanlar onun gizli niyyəti olduğunu düşünürlər, amma o, elə deyil. Onun etmək istədiyi yeganə şey budur. İnsanlar düçünür ki, o, daha çox pul axtarır. Xeyr, o, heç vaxt belə bir şey etməyib”.

Mey Mask sosial mediadan İlon haqqında mənfi xəbərləri də tənqid edib. Məsələn, bu yaxınlarda “New York Times” qəzetində dərc olunmuş və İlonun Cənubi Afrikada aparteid (irqi ayrı-seçkilik) altında keçirdiyi uşaqlıq illərindən bəhs edən məqalə onun hədəfi olub.

HƏM SUPERMODEL, HƏM NƏNƏ

Mey Mask modellik karyerası ilə yanaşı, qidalanma üzrə məsləhətçiliyini də davam etdirir. 2017-ci ildə, 69 yaşında, makiyaj markası “CoverGirl”-in ən yaşlı sözçüsü Maskın yaradıcılığı da diqqət çəkir. Belə ki, keçən il məşhur istedad agentliyi olan Creative Artists Agency ilə müqavilə imzalayan Mask, müxtəlif nəşrlərdə iştirak edərək kitabını tanıtmağa davam edir.

Süpermodel, diyetisyen, yazar, büyükanne... Elon Muskın gündemden düşmeyen annesi Maye Musk

Mask və uşaqları hələ də çox yaxındırlar. Məsələn, keçən həftə İlon ilə Met Gala-da iştirak edən Mask 2021-ci ildə oğlunun aparıcılıq etdiyi “Saturday Night Live” seriyasının qonağı olub.

Digər tərəfdən, nəvələri ilə vaxt keçirən Mask sosial media hesablarında İlonun kiçik oğlunu və digər nəvələrinin foto və videolarını tez-tez paylaşır.

"Biz çox tez-tez bir araya gəlirik" deyən Mask 2015-ci ildə “İnsider”-ə deyib: "Mən həqiqətən şanslıyam ki, üç gözəl övladım var".

Qafqaz.media