Skotland-Yard "VAĞZALA BOMBA QOYULUB" deyən şəxsi saxladı

Baxış sayı:
4999

London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb. Trend-in məlumatına görə, saxlanılma barədə xəbəri Skotland-Yard təsdiq edib.

Məlumata görə, həmin şəxs Böyük Britaniya nəqliyyat polisi tərəfindən saxlanılıb. Saxlanılma zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, daha öncə Çarinq-Kross vağzalı naməlum şəxs tərəfindən binaya bomba qoyulması xəbəri səbəbindən təxliyə edilmişdi.