​SABİQ NAZİRİNİN OĞLUNA VƏZİFƏ VERİLDİ - Sədr müavini təyin edildi

Baxış sayı:
3746

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.
Muxalifet.az 
"Qaynarinfo" -ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.
Z.Ələkbərov keçmiş Maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Qeyd edək ki, Zaur Ələkbərov bundan əvvəl "Unibank" və "Bank Respublika"da, həmçinin Beynəlxalq Bankda çalışıb. O, 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri kimi fəaliyyət göstərib..