"Saakaşvilinin vətəndaşlığını bərpa edəcəyəm" - PREZİDENTLİYƏ NAMİZƏD

Baxış sayı:
14380

“Əgər prezident olsam, Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edəcəyəm”.

Bunu “Novoye vremya” portalına müsahibəsində Ukrayna prezidentliyinə namizəd Anatoli Qriçenko deyib.

“Əgər Saakaşvili Ukraynaya geri qayıtmaq istəsə, mən onun Ukrayna vətəndaşlığını bərpa edəcəyəm. Hesab edirəm ki, onunla çox kobud, qanunsuz davranılıb. Yenə qeyd edirəm ki, hər şey Saakaşvilinin istəyindən asılı olacaq” – deyə o, bildirib.

Qeyd edək ki, Saakaşvilinin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə münasibətləri gərginləşdikdən sonra ukraynalı lider onu 2017-ci ildə vətəndaşlıqdan məhrum edib/Axar.az.