​Rusiya Suriyada təşəbbüsü ələ alır? – “Bütün torpaqlar Suriya hakimiyyətinin nəzarətinə qaytarılmalıdır…”

Baxış sayı:
7961

Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya nümayənədə heyəti bu gün Suriyanın şimal-şərqindəki gərgin vəziyyətin müzakirəsi üçün Bəşər Əsədlə görüşüb. Rusiya XİN-nin tərkibinə Rusiay prezidentinin Suriya tənzimləməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və XİN rəhbərinin müavini Serqey Verşinin başçılıq edib. Tərəflər gərginliyin aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyini qeyd ediblər. "Fəratın şərqinə doğru ərzilərdə uzunmüddətli və etibarlı sabitliyin yolu bütün torpaqların Suriya hakimiyyətinin nəzarətinə qaytarlmasından, ölkənin ərazi bütünlüyünün və suverenliyinin bərpasından keçdiyi barədə ümumi mövqe ifadə olunub", - XİN-in bəyanatında ifadə olunur. Muxalifet.az