Ruhaninin qardaşı 5 illik həbs olundu
1-10-2019 15:12
Baxış sayı:
17554

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun haqqında həbs qətimkan tədbiri seçilib.
Bir müddət İran prezidentinin məsləhətçisi kimi fəaliyyət göstərən Hüseyn Firidun vəzifəsindən sui-istifadə, rüşvət və haqsız şəkildə bir banka müdir təyin olunmasında təqsirləndirilib və 5 illik həbs cəzasına məhkum edilib.
Fars Xəbər Agentliyinin informasiyasına görə, Baş Prokurorluğun mətbuat katibi Qulam Hüseyni İsmaili mətbuat konfransında Hüseynin 7 illik həbs cəzasının 5 ilə endirildiyini açıqlayıb.
Ruhaninin yaxın ətrafı həbs qərarının siyasi olduğunu iddia edir.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani 1979-cu il İslam İnqilabından öncə Firidun olan soyadını din adamı anlamına gələn "Ruhani"yə dəyişdirib.//publika