​Rövşən Lənkəranskini təhqir edən şəxs Bakıda vuruldu - FOTO/VİDEO

Baxış sayı:
14641

Türkiyənin İstanbul şəhərində qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin ünvanına kəskin təhqirlər deyən şəxs bıçaqlanıb. Kriminal mənbələrdən Criminal.az saytına verilən məlumata görə, həmin şəxs əslən Salyan rayonundan olan Ceyhun adlı gəncdir. O, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Lənkəranskinin ünvanına söyüş söyüb. İlkin məlumata görə, Ceyhun adlı şəxs Bakıda bıçaqlanıb. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması barədə məlumat yoxdur.