“Real” mənim evimdir” – Marselo təkzib edir
9-03-2019 16:38
Baxış sayı:
7123
“Real” futbolçusu Marselo komandadan ayrılacağı haqda yayılan xəbərlərə reaksiya verib.
Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi Madrid klubundan ayrılmaq fikrində olmadığına işarə vurub. O, şəxsi İnstaqram hesabında “Real”ın son məşqindən olan şəklini paylaşaraq “Bura mənim evimdir” yazıb.
Qeyd edək ki, İspaniya və İtaliya mətbuatı Marselonun “Yuventus”la razılıq əldə etdiyini və mövsümün sonunda Turin klubuna keçəcəyini yazıb.