“Ərdoğan böyük liderdir” – Trampdan gözlənilməz açıqlamalar

Baxış sayı:
5473

“Türkiyəyə qarşı sanksiyalar lazım olmayacaq, çünki anlaşma əldə edə bildik. Dostum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm”.

Muxalifet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, Türkiyənin təhlükəsizlik qayğılarını anladığını, rəsmi Ankara ilə anlaşmalarından məmnun olduğunu deyib: “Aramızda bir problem olmamasından məmnunam, çünki o, böyük liderdir. Suriyanın şimalı üçün anlaşa bildik. Bu 5 gün ərzində YPG və və digərləri Türkiyənin tələb etdiyi Güvənli Bölgəni tərk edəcəklər. 

Bu Güvənli Bölgəni Türkiyə həmişə istəyirdi. Türkiyənin böyük bir hərbi gücü var. Türkiyə bizim dostumuz və NATO üzvüdür. Biz ABŞ olaraq savaş içində olmaq istəmirik. Xatırlayın, Barak Obama qısa müddətdə Suriyada yarım milyon insanın həyatını itirməsinə səbəb oldu. Eyni bölgədə biz çox can itkisi yaşamışıq. Mən çox sevinirəm, çünki ABŞ əsgərləri döyüşmədən ölkələrinə qayıdacaqlar. 

Prezident Ərdoğan çox zəki biridir. Aramızda olan anlaşmanın həyata keçirilməsini istəyir. Öz xalqının təhlükəsizliyini istəyir. Suriyanın şimalından Türkiyəyə yönəlik bir çox pis aktlar həyata keçirilib, Türkiyədə bir çox insan öldürülüb. Bu heç ədalətli deyil, amma dünyada heç kim bundan danışmır”.