““Qarabağ”ı düzgün qiymətləndirməmişdik” - “Roma”lı futbolçu
28-09-2017 11:17

“Çox vacib qələbə idi. Amma elə də yaxşı oyun göstərmədik”.
Bu sözləri “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanan “Roma”nın futbolçusu Raca Nainqolan deyib.
O, komandasının qələbəsinə sevinsə də, göstərdikləri oyundan razı qalmadığını bildirib: “Göstərdiyimiz, oyun heç də yaxşı deyildi. Düzdür, 3 xal qazandıq və sadəcə xal qazanmaqdan razı qala bilərik. Oyuna sürətli başladıq, irəli atıldıq, 2 qol vurduq.
Üçüncü qol da yaxında idi. Lakin sonradan nəsə baş verdi. Bəlkə də çox asan olacağını düşünürdük. Amma əksinə oldu. Rəqibi düzgün qiymətləndirməmişdik”.