“Poroşenko Ukraynadan 8 milyard qaçırıb” – MİLYARDERDƏN ŞOK İDDİA

Baxış sayı:
7200

Ukraynanın eks-prezidenti Pyotr Poroşenko müxtəlif yollarla ölkədən 8 milyard dollar pul çıxarıb. Bunu “Strana.ua” saytına müsahibəsində amerikalı milyarder Sem Kislin deyib. Onun sözlərinə görə, Poroşenko təkcə bir dövlət şirkətindən 700 milyondan 800 milyon dollara qədər vəsait çıxarılıb. O bu vəsaitlərin kommersiya banklarının yenidən maliyyələşdirilməsi görüntüsüylə çıxarıldığını, sonradan isə pulların fərqli adamların ciblərinə girdiyini bildirib.