PKK LİDERİ TERRORÇUBAŞI KARAYILAN DA YAXALANDI

Baxış sayı:
4678

Suriyanın şimalında yuvalanan terrorçuların zərərsizləşdirilməsindən sonra Türk hərbçiləri təşkilatın əsas mərkəzi kimi göstərilən Qəndilə yönəlib.
 
Bölgədəki irəliləyişini davam etdirən Türk əsgərinə hava əməliyyatları ilə  dəstək verilir.
 
QƏNDİLDƏ PKK-nın 35 RƏHBƏR HEYƏTİ MƏHV EDİDİ
 
“Sizə yaxın günlərdə fərqli müjdələrim olacaq" deyən prezident Rəcəb Tayyib Ərdoğan, Kahramanmaraş mitinqində Qəndilə keçirilmiş hava əməliyyatı nəticəsində təşkilatın 35 rəhbər heyətinin zərərsizləşdirildiyini açıqlayıb.
 
CƏMİL BAYIK İLƏ MURAD QARAYILAN YAXALANDI İDDİASI
 
Qəndilə qarşı əməliyyatlar davam edərkən, təşkilatın liderləri Murad Qarayılan ilə Cəmil Bayıkın xüsusi MİT əməliyyatı ilə ələ keçirildiyi iddiası da gündəmə gəldi.
 
CANLI YAYIMDA NAZİRƏ SUAL VERİLDİ
 
“CNN Türk”-ün canlı yayımına qonaq olan xarici işlər naziri Mövlud Çavuşoğlu, PKK liderlərinin yaxalanması ilə bağlı verilən suala, “lazımı açıqlamalar prezident Ərdoğan tərəfindən ediləcək” deyə, söyləyib.
 
ŞƏNBƏ GÜNÜ ELAN OLUNA BİLƏR
 
Gündəmdəki iddialara görə, 2 terrorçubaşı Myrad Karayılan və Cəmil Bayık şənbə günü MİT əməkdaşları tərəfindən Türkiyəyə gətirələcək.
 
İKİSİ DƏ ÖCALANIN YANINA GÖNDƏRİLƏCƏK
 
Təşkilatın başçıları Qarayılan ilə Bayıkın İmralı Adasındakı həbsxanaya, yəni Abdullah Öcalanın yanına göndəriləcəyi bildirilir.
Müxalifət.az