"Paşinyan barəsində cinayət işi başlanıb" - PARTİYA SƏDRİ
11-12-2020 13:56
Baxış sayı:
4443

Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazir Nikol Paşinyana və bir qrup yüksək vəzifəliyə qarşı cinayət işi başlayıb.
Bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistanda böyük qalmaqala səbəb olacaq həbslər gözlənilir.
“Böyük həbslər gözlənilir. Bu gün saat 16:00-da cinayət işinin təfərrüatlarını canlı olaraq təqdim edəcəyəm", - Kazinyan yazıb.