​Ölümcül xəsarət alan qadın polisdən SELFİ ÇƏKDİRMƏYİ XAHİŞ ETDİ – O, bu görüntünün İnstagram-da çox layk cəlb edəcəyini deyib

Baxış sayı:
3184

Hollandiyada baş verən yol qəzası nəticəsində ağır xəsarət alan qadın polisdən selfi çəkməyi xahiş edib.
“BBC Türkçe”nin müxbiri Yusuf Özkan xəbər verir ki, hadisə paytaxt Amsterdamın cənubunda baş verib.
Məlumata əsasən, Zaanstreek rayonunda qadının hərəkət etdiyi motoroller maşınla toqquşub.
 
Selfi xahişi
 
Yol qəzası keçirdikdən sonra hadisə yerindən xərəkdə aparılan qadın İnstagram üçün şelfi çəkmək xahişi ilə polisə müraciət edib.
Onun bu istəyi həm təcili yardım qrupunun tibb işçilərini, həm də polis zabitini çaş-baş qoyub.
Qadın görüntünün İnstagram-da çox layk cəlb edəcəyini deyib.
 
"Qəribə dünyada yaşayırıq"
 
Polis onun xahişini rədd edib.
Hadisə barədə xəbər Zaanstreek polisinin Facebook saytında yerləşdirilib.
"Belə olayların daha tez-tez baş verməsi məni təəccübləndirmir. Həqiqətən də qəribə bir dünyada yaşayırıq!", - sosial şəbəkədəki yazı belə şərhlə müşayiət olunur.