Paytaxtın meri səsverməyə velosipedlə gəldi - UKRAYNADA
31-03-2019 11:37
Baxış sayı:
2770

Xəbər verdiyimiz kimi, Ukraynada bu gün prezident seçkiləri keçirilir.
Kiyevin meri, məşhur boksçu Vitali Kliçko səhər saatlarında səsvermə məntəqəsinə gələrək, seçimini edib.
Yerli mənbələr xəbər verir ki, Kliçko məntəqəyə velosipedlə gəlib.
İlkin reytinqlərə əsasən, prezidentliyə əsas namizədlər hazırkı dövlət başçısı Pyotr Poroşenko, keçmiş baş nazir Yuliya Timoşenko və şoumen Vladimir Zelenskidir.