Eynşteynin məktubu şok qiymətə satıldı - O, Hitler haqqında yazmışdı ki...
31-03-2019 01:20
Baxış sayı:
3184

Məşhur fizik Albert Eynşteynin Adolf Hitler haqqında yazdığı məktub 134 min dollara satılıb.
Kult.az xəbər verir ki, Hitlerin dəliliyindən və Almaniyadakı çətin yaşayış şəraitindən bəhs edilən məktub Los- Ancelsdə 23 təklifdən sonra sözügedən qiymətə alıcı tapıb.
Bununla yanaşı, həmin hərracda Eynşteynin 1921-1939-cu illər arasında yazdığı bildirilən daha iki əlyazma məktubu da satılıb.
Məktubların birində Eynşteyn onkoloq Marisa Lensə 2-ci Dünya müharibəsində yəhudilərə göstərdiyi köməyə görə təşəkkür edib. İkinci məktubda isə A.Eynşteyn alim Maya Vinterin bacısına Münhenə təcili getməsinin lazım olduğunu, lakin təhlükəli səbəblərə görə bunu edə bilməyəcəyini bildirir.