"Şimali Koreya nüvə silahından tam imtina edəcəyi təqdirdə..." - BOLTON BÖYÜK VƏDLƏR VERDİ

Baxış sayı:
1699

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələn həftə keçirilməsi planlaşdırılan ikinci Şimali Koreya Sammiti ərəfəsində Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə müzakirələr aparacaq. NHK telekanalı ABŞ-dakı və Cənubi Koreyadakı rəsmi mənbələrə əsasən bu barədə məlumat yayıb. Bildirilir ki, C.Bolton fevralın 24-də Cənubi Koreyanın Pusan şəhərinə səfər edəcək. O, burada Yaponiya Milli Təhlükəsizlik Katibliyinin rəhbəri Syotaro Yaçi və Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çon Iy Yon ilə görüşəcək. Görüşdə tərəflərin gözlənilən sammit ərəfəsində öz mövqeləri ilə əlaqədar sıx qarşılıqlı fəaliyyəti təsdiq edəcəkləri gözlənilir. ABŞ hökuməti bildirib ki, Şimali Koreya nüvə silahından tam imtina edəcəyi təqdirdə o, bu ölkəyə iqtisadi yardım etməyə hazırdır. Üç ölkə Şimali Koreyanın nüvə silahından tam imtinası ilə bağlı müzakirələr aparacaq. Görüşdə, həmçinin S.Yaçinin ABŞ tərəfi ilə Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları probleminin həlli üçün əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparacağı da bildirilir.