​Hüseyn Bolt Türkiyəyə TRANSFER EDİLİR: "Sivasspor"dan rəsmi açıqlama - YENİLƏNDİ

Baxış sayı:
10249

Yamaykalı sprinter və futbolçu Hüseyn Boltun transferi ilə “Sivasspor” klubundan açıqlama gəlib.
Muxalifet.az Publika.az-a istinaden xəbər verir ki, Sivas təmsilçisi 32 yaşlı dünya rekordçusunun transferi ilə maraqlandıqları iddiasını yalanlayıb.
Klub prezidentinin vəkili Ərdal Sarılar Anadolui Agentliyinə verdiyi açıqlamada Hüseyn Bolt ilə danışıqlar aparmalarına dair çıxan iddiaların əsilsiz olduğunu bildirib. Vəkil deyib ki, “Sivasspor” altetizm klubu deyil:
“Bu tip xəbərlər məqsədli şəkildə ortaya atılır. “Sivasspor”a zərər vermək üçün. İctimaiyyətdən rica edirik ki, belə mənbəyi bilinməyən xəbərlərə etibar etməsinlər”.

***

Avstraliyanın “Central Coast Mariners” komandasında ümid etdiyini tapa bilməyən sprinter və futbolçu Hüseyn Bolt Türkiyəyə transfer edilə bilər.
Super Liqada mübarizə aparan “Sivasspor” klubu Bolt ilə maraqlanır.
Bu barədə “TRT Spor”un müxbiri Barış Yurdusevən məlumat verib. Onun sözlərinə görə, artıq futbolçu ilə ilk təmas qurulub.