Millimiz Kosovoya qarşı - HƏLLEDİCİ OYUN

Futbol üzrə Azərbaycan yığma komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində həlledici oyuna çıxacaq.
Hurriyyet.org xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – 6-cı turda Kosovo yığmasının qonağı olacaq. Priştinadakı "Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdə 4 xal toplayıb (2:0, 1:1).
Kosovo yığması hazırda 11 xalla qrup lideridi. Hesabında 8 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidi. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup
20 noyabr
23:45. Kosovo - Azərbaycan
Baş hakim: Benua Miyo.
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu.
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed.
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandı).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya).
Priştina. "Fadil Vokrri” stadionu.
23:45. Malta - Farer adaları