Meydanın mərkəzindən öz qapısına qol vurdu - İngiltərə kubokunda - VİDEO
29-08-2018 15:57
Baxış sayı:
1333

İngiltərənin "Haddersfild Taun" klubunun futbolçusu Juninyo Bakuna "Stock City" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuna rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub.
Qeyd edək ki, görüş "Stock City"nin qələbəsi ilə yekunlaşıb.
Videonu izləmək üçün şəklə klikləyin: