Ronaldo mövsümün ən yaxşı qolunu vurdu - VİDEO

Baxış sayı:
4993

Kristiano Ronaldonun Çempionlar Liqasının dörddə bir final mərhələsində sabiq komandası “Real Madrid”in heyətində hazırki komandası “Yuventus” a vurduğu möhtəşəm zərbə UEFA-da mövsümün ən gözəl qolu seçilib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Ronaldo 346,915 səsdən təxminən 200 minə yaxınını qazanmağı bacarıb.

Səsvermə nəticəsində ikinci yerə Dmitri Payetin “Marsel”in heyətində “Leypziq”in qapısından keçirdiyi qol, üçüncü yerə isə İspaniya millisinin futbolçusu Eva Navarronun qadınların U17 komandalarının Avropa çempionatının finalında Almaniya millisinin qapısına vurduğu qol seçilib.