​Mingəçevirdə toyda kütləvi dava - YEVLAXLI QONAQ DÖYÜLDÜ

Baxış sayı:
1747

Mingəçevirdə kütləvi dava olub.
 
"Report" bildirir ki, hadisə şadlıq sarayının qarşısında baş verib.
 
Belə ki, Yevlaxdan bu şəhərə toy mərasiminə gələn qonaqlar arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Yevlax rayonu, Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Musayev Mikayıl Natiq oğlu döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.