Elektrik enerjisindəki faislələrə görə AZƏRBAYCANLILAR AYAĞA QALXDI

Baxış sayı:
2968

Cənubi Azərbaycanın şəhər və kəndlərində elektrik enerjisinin verilişində yaranan fasilələr əhali arasında ciddi narahatlığa səbəb olub. Etiraz edən vətəndaşlar küçələrə axışıb.
Söhbət Güney Azərbaycanın Ərdəbil şəhərinin Boran kəndindən gedir. Son günlərdə elektrik enerjisinin, içməli suyun verilişində yaranan problemlər səbəbindən əhalinin yaşayış səviyyəsi aşağı düşüb. İnsanlar evlərində qidaların xarab olduğunu, müəssisələrin normal fəaliyyət göstərmədiyini deyərək etiraz ediblər.
Kənd sakinləri etiraz olaraq, Muğan-Ərdəbil yolunu kəsib rəsmilərdən açıqlama vermələrini tələb ediblər.
Qeyd edək ki, son günlərdə Güney Azərbaycan şəhərlərində tez-tez elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu, istehsal müəssisələri, mağazalar, ticarət mərkəzləri və s. kimi müəssisələrə ciddi ziyan vurub(publika.az).