​"Mən güllərə mahnı oxuyanda onlar solmur" - MÜĞƏNNİ - VİDEO

Baxış sayı:
4183

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı xalq artisti Nazpəri Dostəliyeva olub.
 
Xalq artisti güllərə mahnı oxuduğunu deyib:
 
"Güllər canlıdır. Mən güllərimə su verəndə onlar üçün oxuyuram. "Qadın" gülü var, onu oğlum mənə hədiyyə edib. Dedi ki, mama o gülün bir dənə yarpağı solsa, mən səndən narahat olacam. Dedim ki, ay Allah uşaq narahat olacaq. Gecə-gündüz evdəki gülləri sulayan xanıma deyirəm ki, ona dəymə. Onu özüm sulayıram. Hər səhər "baxçada güllər, oxur bülbüllər" deyə oxuyuram, can deyib öpürəm. İnanın... bu faktdır. O gül sonra heç solmadı. Günü-gündən daha da gözəlləşdi.
 
Güllər də sevgi, nəvaziş istəyir. Tək torpağı, dibçəyi dəyişməklə deyil. Novxanıdakı bağda bir də görürsən ki, bağban gəlib deyir ki, ay Nazpəri xanım, bu ağaclar, güllər nəsə solur. Mən də heç kimə heç nə demədən səhər saat 6-da dururam. Onlar üçün oxuyuram, özümdən asılı olmayaraq. Mən sizi çox istəyirəm, siz mənim canlarımsınız, solsaz, mən də solaram deyirəm. İnanın ki, heç 3 gün keçmir. İnanın bax bu Allaha and olsun gözünüzlə görməsəz, deyərsiz ki, bu nağıldır. Vətən də, övlad da belədir".