Ağlama səslərini dinlətdi: ABŞ KONQRESİ QARIŞDI
23-06-2018 12:43
Baxış sayı:
4717

Konqres üzvü, ailələrindən ayrılan köçkün uşaqların ağlamaq səslərini Məclisdə dinlədib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqlarının valideynlərindən zorla ayrılması ilə bağlı tətbiq olunan qaydalara görə kəskin tənqid olunmuşdu.
Tramp, bu qaydadan geri addım atsa da "sıfır tolerantlıq" siyasəti hələ də gündəmdədir. Prezidentin siyasəti son olaraq Konqresin Nümayəndələr Məclisinə də sirayət edib. Demokratlardan məclis üzvü Ted Lieu, məclisdəki çıxışı zamanı ailələrindən ayrıldıqdan sonra nəzarət mərkəzlərinə qoyulan uşaqların ağlamaq səslərini konqresmenlərə dinlədib.
Müxalifət.az