Moskvada azərbaycanlıların italyansayağı vendettası: 2 OĞUL ATALARININ QİSASINI ALDILAR

Baxış sayı:
4651

Moskvada Xarkov döngəsində baş vermiş müdhiş cinayətin üstü açılıb.

Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, 2017-ci il sentyabrın 18-də bu ünvanda başından güllələnərək öldürülən Ağcabədi rayon sakini Rəhman Əliyevin qatili tutulub. İstintaq müəyyən edib ki, Rəhman Əliyevi Elmin adlı Ağcabədi rayon sakini qətlə yetirib. Ona bu işdə qardaşı Babək və əmisioğlu kömək edib.

İstintaq Komitəsinə məlum olub ki, 2000-ci ildə Rəhman Əliyev Elmin və Babəkin ataları Camalı öldürüb. Hadisə Ağcabədidə torpaq üstündə olub. Rəhman Əliyev məhbəs həyatından sonra Moskvaya gedib. Orada o, fəhləlik edirmiş. İllər sonra atalarının qatilini tapan və onu izləyən qardaşlar imkan tapan kimi onu öldürüblər.

Hazırda Elmin həbsdə olsa da, qardaşı və əmisioğlu axtarışdadır.