BMT də ABŞ prezidentinə qarşı çıxdı: TRAMP AMERİKANI YOXSULLAŞDIRIR

ABŞ və BMT arasında vergi tətbiq etməsi ilə bağlı gərginlik getdikcə artır. BMT, yayımladığı bir hesabatda, Trampın ABŞ-ı gücsüzləşdiridiyi ifadə edilib.
Amerika Birləşmiş Ştatlarının iqtisadi durumunun dəyərləndirildiyi bir hesabatı yayımlayan Birləşmiş Millətlər Təşkilatı (BMT) Trampın siyasətlərinin ölkəni gücdən saldığını bildirib.
TRAMP ÖLKƏNİ YOXSULLAŞDIRIR
ABŞ-dakı gəlirlərin bölüşdürülməsindəki bərabərsizliyi qeyd edən hesabatda, “Fürsətlər ölkəsi kimi tanınan ABŞ, sürətlə bərabərsizliyin və gəlir bölgüsünün çempionu halına gəldi” deyə, qeyd olunub.
BMT-nin yaydığı hesabatdan sonra ABŞ-ın BMT-dəki səfiri Niki Haley, məsələ ilə əlaqədar açıqlama verib. Haley, "Birləşmiş Millətlərin Amerikada yoxsulluğu araşdırması çox absurddur" deyib. O, hesabatın ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxacağını bildirməsindən iki gün sonra yayınlandığına diqqət çəkib.
Digər tərəfdən, bəzi siyasətçilər isə ölkəni belə bir vəziyyətə saldığı üçün Tramp rəhbərliyini ittiham edib.
Müxalifət.az