ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb- PENTAQON
23-06-2018 11:05
Baxış sayı:
4027

ABŞ Cənubi Koreya ilə yaxın üç aya planlaşdırılan iki hərbi təlim proqramını dayandırıb.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.
“Sinqapurda əldə olunan yüksək səviyyəli razılaşmaların icrasına dəstək məqsədi ilə və müttəfiqimiz – Koreya Respublikasıkoordinasiya çərçivəsində müdafiə naziri Ceyms Mettis müəyyən olunmayan müddətə bəzi təlimləri dayandırıb”, – deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.
Qeyd edək ki, söhbət yaxın üç aya planlaşdırılan “Azadlıq müdafiəçiləri” və hərbi-dəniz mübadiləsi proqramları haqqında gedir.