İran KƏŞFİYYATI PKK-ya YARDIM EDİR

Baxış sayı:
4801

Terror yuvası Qəndil və ətrafının Türk əsgəri tərəfindən yerlə-yeksan edilməsindən sonra Karog Dağına qaçmağa başlayan PKK-nın bölgədəki köçünü İran xüsusi xidmət orqanlarının təşkil etdiyi bildirilir.
 
Heç kimə sir deyil ki, İran rəsmiləri sözdə terror qarşı mübarizə apardıqları bəyan etsələr də, əməldə isə daim terrorçulara dəstək verməklə onları Türkiyəyə qarşı istifadə etməkdədirlər. Qəndil əməliyyatında da Türkiyə ilə birgə hərəkət etmək istəməyən İran, əsil niyyətini ortalığa qoymaqla gizli olaraq PKK liderlərinin və əllərində olan böyük miqdarda arxiv sənədlərinin təhlükəsiz qaydada İran ərazisindəki bölgəyə köçürülməsinə yardım edir. Bu iddianı Türkiyə kəşfiyyat orqanları bərabər, Qəndil ətrafındakı kəndlilər də təsdiq edir.
Belə ki, Qəndilə ötən cümə keçirilən hava hərəkatında yaralanan bir çox yüksək vəzifəli PKK liderinin İran tərəfinə məhz İranlı xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə aparıldığını və hətta o gecə kənddəki qaçaqmalçıların bölgəyə gəlməmələrinin tələb olunduğunu yerli kəndlilər təsdiq edirlər.
TSQ-nin Qəndilə getdikcə yaxınlaşması, terror təşkilatının də əlindəki bəzi mülki girov və bəzi xidmət personalını Qəndildən Serteki Bamo dağına apardığı müəyyənləşib. Xüsusilə Kaletukadakı və Kortekdəki arxiv sənədləriini çıxaran təşkilatın, kirli əmkdaşlıqla dolu qaraqutusunu Serteki Bamo dağında yerləşdirəcəyi qeyd olunur.
Müxalifət.az