Türkiyədə SEÇKİLƏRDƏN SONRA “XAOS” PLANI

Aralarında separatçı terror təşkilatı PKK-nı dəstəkləyənlərin də olduğu bəzi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçilərinin, 24 iyun seçkisindən sonra "seçkidə saxtakarlıq" iddiası ilə Türkiyədə xaos planı həyata keçirmək istədikləri bildirilir.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyəyə, 24 iyunda keçiriləcək seçkiləri izləmək üçün 400-ə yaxın ATƏT müşahidəçisi gəlib.
Bunlardan 12-si əsas olan nüvə qrupda yer alır, digərləri isə seçki prosesini yerlərdə müşahidə edəcək.
Türkiyəyə qəbul edilən ATƏT müşahidəçilərindən bəzilərinin Ankara və İstanbulda bir sıra görüşlər keçirdiyi və görüşdüyü "müxalif" insanlara, "Apardığımız sorğulara sorğulara görə, Ərdoğan, 50 faizi 2014-dəki kimi az fərqlə yenə keçəcək. AKP və MHP ittifaqının səsləri də Böyük Millət Məclisində yetərli saya çatacaq. Müxalifət seçkiləri uda bilməyəcək" deyə, bildirdikləri və seçki nəticələrinə kölgə salmaq üçün taktiki gedişlər verdikləri müəyyənləşib.
SAXTAKARLIQ İDDİASI, KÜÇƏ ETİRAZLARINI TƏTİKLƏMƏK ÜÇÜN LAZIMDIR
Bəzi ATƏT üzvləri müxalifətə, “seçkilərdə saxtakarlıq olduğunu gündəmə gətirməyin, küçə etirazlarını tətikləmək üçün lazım olduğu, seçkilərin bərabər şərtlər altında olmadığı, iqtidarın dövlət gücünü hüdudsuz şəkildə istifadə etdiyi seçkilərdə dövlət vəzifələrinin müstəqil və tərəfsiz hərəkət etməsinin mümkün olmadığı" kimi süni arqumentlərlə iddia ortaya qoymalarını təlqin edib.
GENİŞ MİQYASLI ETİRAZLAR ÜÇÜN MÜRACİƏT EDİN
Bəzi ATƏT rəsmilərinin, seçki nəticələri dəqiqləşdikdən sonra müxalifət elektoratını küçə etirazlarına cəlb etmək üçün xalqa çağırışların edilməsini tövsiyə etləri bildirilib.
Həmçinin bəzi ATƏT müşahidəçilərinin Türkiyədə yerləşmiş xarici missiya üzvlərilə görüşlər keçirdiyi və alınan qərarlar çərçivəsində, ictimaiyyətdə tanınan müxtəlif təbəqələrdən, məşhur şəxslər üzərindən "seçkilərdə saxtakarlıq olduğu” iddiasının yayılması istiqamətində iş aparılmasının qərara alındığı qeyd edilib.
Aralarında separatçı terror təşkilatı PKK-nı açıqdan dəstəkləyənlərin də olduğu bəzi ATƏT müşahidəçilərinin, 24 iyundan sonra "saxtakarlıq oldu" hissi yaradaraq, Türkiyədə xaos planı həyata keçirmək istədiklərimüəyyən olunub.
Digər tərəfdən, bəzi ATƏT rəsmilərinin, seçki ilə bağlı iş aparan bəzi qurumlardan görüş tələb etdiyi və bu ziyarətlərdən sonar onlardan "saktakarlıq oldu" açıqlaması etmələrini istəyəcəkləri bildirilir.
Qeyd edək ki, ötən il keçirilən konstitusiya dəyişikliyi referendumunu izləyən ATƏT rəsmiləri, seçki prosesinin bərabər şəraitdə keçirilmədiyi üçün tənqid etmişdi.
Müxalifət.az