Tansu Çillərdən ŞOK AÇIQLAMALAR: “BAŞQA SEÇİM YOXDUR”

Baxış sayı:
5035

Türkiyənin keçmiş baş naziri Tansu Çillər, Türkiyənin daxildən və xaricdən müxtəlif şəbəkələr vasitəsilə məngənə altına alındığını söyləyib. Böyük İstanbul mitinqinə bu səbəblə qatıldığını deyən Çillər, "Bir milli şüurla hadisələrə baxdım və bütün təcrübələrimdən sonra müşahidələrimi millətimlə bölüşmək istədim" deyib.
 
AK Partiyanın Yenikapı Mitinq Meydanında keçirilən Böyük İstanbul mitinqinə qatılan Rifah-Yol hökumətinin baş naziri Tansu Çillər, “Yeni Şəfəq” qəzetinə açıqlama verib.
Çillər, Fətullahçı Terror Təşkilatını terror dəstəsi kimi səciyyələndirərək, "Bu şəkildə bunu görmək və bir neçə il əvvəl bunu görə bilməyimiz məncə o 15 iyul xain çevrilişin qarşısını almaqda çox əhəmiyyətli olmuşdur. Çox mühüm bir məlumat təcrübəsi, şüurlarda dəyişiklik yaratmışdır Amma bunun xarici ayaqlarını həmişə görmüşük, bu sadəcə bir iç pusqu deyil, bunun bir xarici ayağı olduğunu gördük" deyə, söyləyib.
 
MƏNİ NARAHAT EDİRLƏR
 
“İki ittifaq var, onlardan birində gördüklərim məni narahatlığa sövq edir. Millət İttifaqını nəzərdə tuturam, konkret ad vermək istəmirəm. Mən prinsiplər üzərindən danışmaq istəyirəm, çünki, bu partiyalara,onların liderlərinə hörmətim ola bilər, ancaq məsələ o deyil, sistemə işarə edəcəyəm. İndi burada gördüyüm şey budur; Bir-birinə bənzəməyən 4-5 dənə partiya bir araya gəlib və xüsusilə də bir məsələdə bir araya gəliblər, "Prezidentlik sistemi avtoritardır, demokratiya ilə uyğun gəlməz. Biz bir əvvəlki referendumda xeyr deyən qruplar olaraq təkmilləşdirilmiş bir parlament sistemini yaradacağıq" deyirdilər.
 
ƏRDOĞANDAN BAŞQA VARİANT YOXDUR
 
Hər dövrün öz səhvləri olur, amma hazırda bu gün seçkiyə gedilərkən bu gün bir terror mübarizəsinin Türkiyə üçün çox böyük bir təhdid olduğunu görürəm. Buna bir milli şüurla qarşı qoymadan, nə FETÖ mübarizəsinin bitəcəyini, nə demokratikləşmənin gündəmə gələcəyini, nə də xarici siyasətdə ciddi bir iradə ortaya qoyula biləcəyini gözləmək olmaz. Beləliklə, son sözü həmişə millət deyir. Hər kəs bir şey söyləyir, amma son sözü həmişə millət deyir. Hazırda Türkiyənin başqa variantı yoxdur, hazırda Türkiyədə Ərdoğandan başqa bir variant görmürəm bugünkü şəraitdə.
Müxalifət.az