Türkiyənin dəstəklədiyi ordu Suriyanın tərəfinə keçdi
22-06-2018 23:06
Baxış sayı:
5587

Azad Suriya Ordusu (ASO) Suriya hökumətinin tərəfinə keçib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada fəaliyyət göstərən Sülhü Qoruma Mərkəzi məlumat yayıb. Qruplaşmanın rəhbəri Vajdi Əbu Sles bildirib ki, nəzarətdə olan Deyr-Dama, Əş-Şeyx və Cəddal şəhərinin bir hissəsi hökumətin idarəçiliyinə keçib.
O bildirib ki, bundan sonra Suriya hökuməti ilə birgə İŞİD və Nüsrə Cəbhəsinə qarşı vuruşacaqlar.
Qeyd edək ki, Azad Suriya Ordusu Türkiyənin dəstəyi ilə Suriyanın şimalında yerləşən Əl Bab, Afrin kimi şəhərlərdə YPG-yə qarşı mühüm əməliyyatlar keçirib.