Jurnalistlər üçün yeni MÜSABİQƏ ELAN OLUNDU

Baxış sayı:
4864

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birlikdə müsabiqə elan edib.

Şuradan verilən məlumata görə, hər iki qurum gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

“Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi 22 iyul Milli Mətbuat Gününə həsr olunur.

Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər - 1000 manat

II yer – 1 nəfər - 800 manat

III yer – 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat 10 nəfər - 100 manat

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına həyata keçiriləcək.

Müsabiqə mükafatçılarının adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.