Burunluda ağır qəza: ÖLƏN VAR

Baxış sayı:
4675

Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi VAZ-2107 və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daevoo” markalı avtomobillər toqquşub.

Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

Zərdab RPŞ tərəfindən araşdırma aparılır.