İsraildən TÜRKİYƏYƏ YANLIŞ KƏŞFİYYAT MƏLUMATLARI VERİLİB

Baxış sayı:
4573

Türkiyənin müdafiən naziri Nurəddin Canik, Türkiyənin İsraildən satın aldığı insansız hava vasitəsi Heronların TSQ-yə yanlış kəşfiyyat məlumatları verdiyini deyib. Canik, "10 ədəd Heron aldıq. İstifadəsini İsraildən gələn mühəndislər etdi, kəşfiyyat məlumatlarının toplanmasını onlar həyata keçirdilər. Sonradan çoxunun yanlış olduğunu, dağı-taşı bombardman etdiyimizi anladıq" deyib.
 
“Heronları 2004-ci ildə İsarilden aldıq. Böyük pullar verdik. 10 ədəd Heron aldıq. Amma heç bir zaman təsirli bir şəkildə istifadə edə bilmədik. İsitfadəyə imkan vermədilər. İstifadəsini biz deyil, İsraildən gələn mühəndislər etdi. Kəşfiyyat məlumatlarının toplanmasını onlar həyata keçirirdilər. Bu məlumata əsaslanaraq F-16-larımız həmin koordinatları bombalayırdı. Sonradan çoxunun yanlış olduğunu, dağı, daşı bombaladığımızı anladık. Özümüzün istehsal etdiyimiz Bayraqdar İHA-sı bir sözlə möhtəşəmdir. 5 km kənardan aşağıdakı iynəni belə sezir. Ən əhəmiyyətlisi də SİHA-nı istehsal etdik, hansı kiŞ 8 km mənzillə hədəfi tam isabətlə vura bilir”.
Müxalifət.az