Rus ekspert açıqladı: Suriyada sülhə onlar mane olur
21-06-2018 23:36
Baxış sayı:
4207

İŞİD və Nüsrə Cəbhəsi kimi qruplaşmalar Suriyada mülayim müxalifət qrupları arasında təfriqə yaradır və hökumət qüvvələri ilə razılaşmalara mane olur.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Kozin deyib.
“Azad Suriya Ordusu (ASO) və Əhrarü-Şam liderlərinin müəyyən razılaşmalara və öz bölgələrinin idarəsini Suriya hökumətinə təhvil verməyə hazır olduğu bəllidir. Lakin torpaqların yarısından çoxunu idarə edən İŞİD və Nüsrə Cəbhəsi kimi qruplaşmalar anlaşmaları qəbul etmir və mülayim müxalifətə basqı edərək uzlaşma prosesini baltalayır”, - deyə ekspert bildirib.