Ərdoğan dünyanın ən böyük aeroportuna endi - Foto
21-06-2018 23:24
Baxış sayı:
4471

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TC-ANK” təyyarəsi ilə İstanbulda inşa edilən dünyanın ən böyük hava limanına eniş edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı yerli vaxtla 20:30-a hava limanına çatıb.
Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında möhtəşəm əsərə sahib olduqlarını bildirib:
“Millətimiz, bütün bəşəriyyət üçün xeyirli olmasını arzu edirəm”.
Qeyd edək ki, təyyarə 3 min 750 metr uzunluğunda və 60 metr enindəki zolağa eniş edib.
Eniş zamanı Ərdoğanın təyyarənin kabinəsində olduğu bəlli olub.