Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

Baxış sayı:
4006
Abşeron rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, təqribən, 45-50 yaşlarında kişi Abşeron rayon Ceyranbatan qəsəbəsi ərazisində magistral yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib.
Hazırda onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır