“ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək” - Pentaqon rəhbəri
29-10-2017 10:40

ABŞ heç vaxt Şimali Koreyanı nüvə ölkəsi kimi qəbul etməyəcək.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Ceyms Mettis Cənubi Koreya XİN rəhbəri Son Yen Mu ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Son 1-2 il ərzində Pxenyanın tez-tez həyata keçirdiyi raket buraxılışları fonunda bunu heç təsəvvür etmək belə mümkün deyil”, - deyə C.Mettis bildirib.
Pentaqon rəhbərinin Seula səfəri oktyabrın 27-də başlayıb. Yaxın zamanda ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri baş tutacaq.