"Qarabağın işğaldan azad olunması vacibdir" - Türkiyənin müdafiə naziri
28-09-2017 11:46

"Azərbaycan torpağı olan Qarabağın işğaldan olunması vacibdir".
Muxalifet.az xəbər verir ki, bu barədəTürkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.
"Azərbaycan gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib.
Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.