"Çelsi" - "Qarabağ" matçında darmadağın - 6:0 - YENİLƏNİB

"Çelsi" - "Qarabağ" matçı başa çatdı - 6:0
*** 00:24
82-ci dəqiqə: Mişi Batşuayi hesab fərqini 6-ya çatdırdı.
*** 00:18
74-cü dəqiqə: Mişi Batşuayi hesabı 5:0-a çatdırdı.
*** 00:14
"Çelsi" - "Qarabağ" matçının 70-ci dəqiqəsində Tiemue Bakayoko hesab fərqini bir qədər də artdı - 4:0
*** 23:56
İkinci hissənin 10-cu dəqiqəsində (55) Villian hesab fərqini bir qədər də artırdı - 3:0
***
"Çelsi" - "Qarabağ" matçının 30-cu dəqiqəsində Davide Zappakosta hesab fərqini 2-yə çatdırdı - 2:0
*** 22: 53
Qarşılaşmanın 5-ci dəqiqəsində Pedro Rodriges hesabı açdı "Çelsi" - "Qarabağ" - 1:0
*** 22: 44
"Stemford Bric" stadionunda keçirilən "Çelsi" - "Qarabağ" matçı başlandı
*** 21: 19
İngiltərənin paytaxtı Londonda Çempionlar Liqasının qrup mərhələsinin ilk tur matçında üz-üzə gələcək "Çelsi" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, ilk "11-lik"də bu futbolçular yer alıblar:
"Çelsi": 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. N'Qolo Kante, 11. Pedro Rodriges, 21. Davide Zappakosta, 22. Villian, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (kap.), 27. Andreas Kristensen, 28. Sezar Aspilikueta
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2.Antonio Rüdiger, 9. Alvaro Morata, 10.Eden Azar, 14.Tiemue Bakayoko, 15.Viktor Mozes, 30.David Luis
Baş məşqçi: Antonio Konte
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (kap.), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerryer
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov