Çingiz Qənizadəyə “Şöhrət” ordeni verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.
Xeyirli olsun, nə deyirik ki... Amma anlamadığımız bir gerçək də yox deyil. Bir insana təkcə ictimai-siyasi həyatdakı fəaliyyətinə görə orden verilməz ki. Əgər belə olsaydı Azərbaycanda yüzlərlə siyasi aktivlər var ki, amma “şöhrət”li deyillər. Demək ki, başqa səbəblər vardır. Çünki Çingiz bəy dünənə qədər Cəbhə hakimiyyətində şöhrətsizkən, YAP hakimiyyəti tərəfə keçdiyi az müddətdə “şöhrət”li ola bildi. Bax buna fərasət demək olar. Ancaq buna görə orden düşürmü, düşmürmü, bax bunu da xalqın öhdəsinə buraxaq, qoy onlar desin. Nə də olmazsa, xalqın gözü tərəzidir.
Müxalifet.az