Tramp Ağ ev aparatına yeni rəhbər təyin edib

Bu, general Con Kellidir
 
ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik nazirliyinə rəhbərlik edən general Con Kellini Ağ ev aparatının yeni şefi təyin olunması barədə qərar qəbul edib.
Bu barədə o, öz "Twitter" hesabında yazıb.
"Bildirməyə şadam ki, mən indicə general Con Kellini Ağ ev aparatının başçısı təyin etdim", - deyə Tramp yazıb.
Onun sözlərinə görə, Kelli "böyük amerikalı və əla liderdeir".
O, bu vəzifədə Rins Pribası əvəz edib.