ZAKİR HƏSƏNOV GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yeni təyinat / FOTO
10-06-2024 16:05
Baxış sayı:
8149

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən, general Poladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.