Fransa PKK terrorçusunu Türkiyəyə təhvil verib

Baxış sayı:
7869

Türkiyənin İnterpol xətti ilə axtardığı PKK/KCK terror təşkilatının üzvü Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya olunub.

“Haber Global” xəbər verir ki, bu barədə polis idarəsindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı addımları nəticəsində Türkiyəyə qaytarılıb.